“Mercedes-Benz EQS” yolsuzluq avtomobilinin satışını açıq elan edir

mercedes-benz-eqs-yolsuzluq-avtomobilinin-satisini-aciq-elan-edir
Oxunma sayı: 2741

“Mercedes-Benz Group AG”nin Azərbaycandakı rəsmi nümayəndəliyi olan “Avtokapital Azərbaycan” MMC “Mercedes-Benz EQS” yolsuzluq avtomobilinin satışını açıq elan edir. Ən eleqant və ekoloji cəhətdən təmiz avtomobillərdən olan “Mercedes-Benz EQS” avtomobili unikal və təkrarolunmaz ekosistemin qorunub saxlanmasına çalışan, inkişaf edən Azərbaycanın qarşısında duran müasir çağırışlarla mükəmməl ahəng təşkil edir. Elektrik avtomobilinin Abşeronun rəngarəng inciləri ilə fotosessiyası dünyaya “Nature or Nothing” (“Təbiət və ya heç nə”) çağırışı etməklə ekologiyanın qayğısına qaldığını bəyan edir.

“Mercedes-Benz EQS” yolsuzluq avtomobili Almaniya avtomobil sənayesinin bütün məhsullarına xas olan bir çox nüansların ahəngdar birləşməsində əks olunan, nəzərəçarpmayan eleqantlıq nümunəsidir. Üçelementli işıq-diodlu faralar və spiralvari arxa fənərlər zərif xarici görünüşə malikdir, əlavə 21 düymlük təkərlər isə böyük və zəhmli görünür.

Elektrikli avtomobil standart olaraq pnevmatik asqı və tam idarə olunan şassi ilə təchiz edilib. “Mercedes-Benz EQS” yolsuzluq avtomobili bir dəfə şarj edilməklə 613 km məsafə qət edə bilir və daha yüksək komforta malikdir.

Beləliklə, “Mercedes-Benz EQS" yolsuzluq avtomobili 12,8 düymlük mərkəzi sensor ekrana və “S-Class” sedan üslubunda mərkəzi konsoldan önə çıxan maili naktouzda quraşdırılmış 12,3 düymlük rəqəmsal alətlər panelinə malikdir. Standart komplektə ayrıca alətlər ekranı, MBUX media sistemi üçün şaquli planşet və proyeksiya displeyi daxildir.

Ətraflı Məlumat: https://bit.ly/3HAcJEV

Avtomobillər haqqında daha ətraflı məlumat almaq üçün Mercedes-Benz-in Azərbaycandakı rəsmi diler şəbəkəsinə müraciət etməyiniz xahiş olunur:

 Abşeron Avtomobil Mərkəzi

Tel.: + 994 12 347 78 00 / *8885

Autostar Kaukasus GmbH Azərbaycan

Tel.: +994 12 496 50 50 / +99412 976.