“Mercedes” və “KİA” toqquşdu, yaralılar var - Fotolar

mercedes-ve-kia-toqqusdu-yaralilar-var
Oxunma sayı: 2268

Bu gün axşam saatlarında Gəndob-Yalama yolunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə yolun Xaçmaz rayonunun Müşkür kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" və "KİA" markalı maşınların toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar aparılır.