Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisi Rasim Həsənov saxlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, R.Həsənov korrupsiya cinayətlərində ittiham olunur.
Hazırda sərəncamda olan tibb xidməti mayoru Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tutulub. Ona Cinayət Məcəlləsinin vəzifə saxtakarlı, təkrar külli miqdarda rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham verilib.
***
Əldə etdiyimiz məlumata görə, Rasim Həsənov biraz əvvəl hakim qarşısına çıxarılıb.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 2 ay 19 günlük həbs qətimkan tədbiri seçilib.
Sail Ağasəlim
Son xəbərlər
Son Xəbərlər