Mertens “cim bom”un heyətində qalır

mertens-cim-bomun-heyetinde-qalir
Oxunma sayı: 1998

Türkiyənin "Qalatasaray" klubu Dris Mertensi komandada saxlayacaq.

"Qafqazinfo" xəbər verir ki, belçikalı hücumçunun müqaviləsinin müddəti 2024-cü ilin yayına kimi uzadılıb.

Bu barədə Türkiyə Futbol Federasiyasına da məlumat verilib.

Qeyd edək ki, 36 yaşlı futbolçu Dris Mertens bu heyətdə 31 rəsmi matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.