Məşhur ABŞ-li rejissor Uilyam Fridkin 87 yaşında vəfat edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda rejissorun həyat yoldaşı məlumat verib.
Onun sözlərinə görə, “Oskar” mükafatı laureatı olan rejissor Uilyam Fridkin bazar ertəsi Los-Ancelesdə dünyasını dəyişib.
Qeyd edək ki, Fridkin iki dəfə “Qızıl Qlobus” mükafatı laureatı olub. Tamaşaçılar onu “Ən yaxşı rejissor” nominasiyasında Oskar qazanan “Fransız əlaqəsi” (1971), “Kağız ay” (1973), “Ovlanmış” (2003), “12 qəzəbli adam” (1997) və digər filmlərin yaradıcısı kimi tanıyır.
Son xəbərlər
Son Xəbərlər