Məşhur aktrisaların valideynləri gizli eşq yaşayır - Foto

meshur-aktrisalarin-valideynleri-gizli-esq-yasayir
Oxunma sayı: 5448

Türkiyənin tanınmış aktrisası Serenay Sarıkayanın anası və həmkarı Cansu Tosunun atasının gizli eşq yaşadıqları iddia olunur.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu məlumatı “2.Sayfa” proqramına telefon bağlantısı ilə qatılan Cansunun anası Serpil Tosun təsdiqləyib. O bildirib ki, deyilənlər doğrudur: “Hər şey doğrudur. Danışacaq bir şey yoxdur. Onları Allaha həvalə edirəm”.

Belə ki, bir müddət öncə Sarıkayanın anası Ümran Seyhanın Nişantaşıda bir kişi ilə əl-ələ tutaraq görüntüləndiyi fotosu sosial şəbəkələrdə gündəm olmuşdu. Hər kəs onun yanındakı şəxsin kimliyi ilə maraqlanırdı. Qısa müddət sonra isə onun aktrisa Cansu Tosunun atası Kənan Tosun olduğu məlum olub.

Məlumata görə, onlar Kaz dağlarında yaşadıqları bağ evində qonşu olublar. Bundan əlavə, Seyhan Kənan Tosunun həyat yoldaşı Serpil Tosun ilə də yaxın dost imiş.

Yayılan xəbərlərdən sonra diqqətlər iki gənc aktrisaya yönəlib. Lakin onlar səssizliklərini pozmayıblar. Bununla yanaşı sosial şəbəkələrdə də bir-birilərini izləməyə davam edirlər.