Amerikalı müğənni Co Conas və britaniyalı aktrisa Sofi Törner 4 illik evlilikdən sonra boşanmaq qərarına gəliblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TMZ portal cütlüyün yaxınlarına istinadən bildirib.
Nəşrin məlumatına görə, Co artıq boşanmalarla məşğul olan iki vəkillə məsləhətləşib və bu günlərdə nikahın pozulması üçün lazımi sənədləri təqdim edəcək.
Mənbələrdən biri danışıb ki, Conasla Törner 6 aydır münasibətlərində ciddi problemlər yaşayır.
Xatırladaq ki, cütlük 2019-cu ilin mayında ailə həyatı qurub. “Taxt-tac oyunları”nın ulduzu ilə “Jonas Brothers”in solistinin toy mərasimi Fransanın cənubunda yerləşən qalada keçirilib. Onların iki qız övladı var.



Son xəbərlər
Son Xəbərlər