Məşhur fotoqraf Parisdə küçədə donaraq öldü

meshur-fotoqraf-parisde-kucede-donaraq-oldu
Oxunma sayı: 2223

Məşhur fotoqraf Rene Rober Parisin mərkəzi küçələrinin birində donaraq ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı fotoqrafın yaxın dostu, jurnalist və musiqiçi Mişel Momponte “RTL” radiosunun efirində açıqlayıb.

Onun sözlərinə görə, 84 yaşlı Rene Rober axşam saatlarında küçədə gedərkən özünü pis hiss edib və yıxılıb. Başından zərbə alan fotoqraf 5 saatdan çox səkinin üzərində qalıb.

Ətrafdan keçən insanlar isə ona yaxınlaşmayıb. Küçədə yaşayan bir kişi ona yaxınlaşdıqda artıq çox gec olub. Polisə hadisə barədə məlumatı məhz həmin şəxs verib.

Qeyd edək ki, Rene Rober 1936-cı ildə İsveçrədə anadan olub. O, 1960-cı illərdə Parisə köçüb. Onun flamenko rəqqaslarının fotoları böyük populyarlıq qazanıb.