Məşhur “qanuni oğru” həbs olundu

meshur-qanuni-ogru-hebs-olundu
Oxunma sayı: 11350

Kriminal aləmdə “Lavasoğlu Batumski” kimi tanınan gürcü “qanuni oğru” Mindiya Qoradze həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Albaniya mətbuatı məlumat yayıb.

Məlumata görə, o, Tiranada saxlanılıb. Əməliyyatın Monteneqro polisinin yaxından iştirakı ilə keçirildiyi bildirilir.

Qeyd olunub ki, 42 yaşlı Qoradze cinayətkar təşkilatın rəhbəri kimi axtarışda olub.