Məşhur serial 6 mövsümdən sonra final etdi

meshur-serial-6-movsumden-sonra-final-etdi
Oxunma sayı: 3550

6 mövsümdür sevilərək izlənilən və reytinqlərdən düşməyən “Yasak elma” serialı final edib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyənin “FOX TV” kanalında efirə verilən serialın ötən gecə final bölümü yayımlanıb.

177-ci bölümü ilə ekranlarla vidalaşan serialın baş rollarından birini, “Yıldız” obrazını canlandıran Eda Ece də bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib: “Əlvida, Yıldızım... Bir dövrün sonu! Mənə qatdığın hər şey üçün təşəkkür edirəm. Nə yaxşı ki, səni canlandırmışam! Yıldızımı, “Yasak elma”nı sevən və izləyən hər kəsə təşəkkür edirəm. Bu işdə əməyi olan bütün həmkarlarıma böyük alqışlar. Yeni obrazlarda görüşənədək”. 

Qeyd edək ki, “Yasak elma”nın rejissoru Ece Erdek Koçoğlu, ssenari müəllifi Melis Civelek və Zeynep Gürdür.

Dram və komediya janrında olan serialın baş rollarını Şevval Sam, Eda Ece, Sevda Erginci, Biran Damla Yılmaz və Murat Aygen oynayıb.