Messi “Barselona”dan rəsmən ayrıldı

messi-barselonadan-resmen-ayrildi
Oxunma sayı: 6142

Lionel Messi "Barselona"dan ayrılıb.

"Qafqazinfo" xəbər verir ki, Kataloniya klubu bu barədə məlumatı rəsmi saytı vasitəsilə açıqlayıb.

Məlumata görə, tərəflər yeni müqavilə imzalamaqla bağlı razılığa gəlsə də, bu, maliyyə məsələlərinə görə rəsmiləşməyib.

Qeyd edək ki, “Barselona” akademiyasının yetirməsi olan Lionel Messi 2004-cü ildən əsas komandada çıxış edib. Leo Kataloniya klubunun heyətində keçirdiyi 778 oyunda 672 qol vurub, 305 məhsuldar ötürmə verib, 35 kubok qazanıb.