Messi millidə 100 qol həddinə çatdı

messi-millide-100-qol-heddine-catdi
Oxunma sayı: 1500

Lionel Messi Kurasao seçməsi ilə yoldaşlıq oyununda (7:0) het-trik edərək, Argentina milli komandasında 100 qol həddinə çatıb. 

“Qafqazinfo” xəbər verir ki, ötən həftə Panama ilə matçda fərqlənərək karyerasında vurduğu qolların sayını 800-ə çatdıran ulduz futbolçu bu dəfə millidəki rekordunu yeniləyib.

Dünya çempionlarının kapitanı Karib hövzəsi yığması ilə beynəlxalq yoldaşlıq görüşündə 20-ci dəqiqədə penaltidən hesabı açıb və 100-ə çatıb. O, görüşün qalan hissəsi ərzində 101 və 102-ci qollarını da vurub. Messi hazırda milli komandaların bombardirlərinin siyahısında 3-cü pillədədir.

Portuqaliyalı Kristiano Ronaldo 122 və iranlı Əli Daeyi 109 qolla birinci və ikinci yerdə qərarlaşıblar.