Messi Pekin aeroportunda saxlanıldı - Fotolar

messi-pekin-aeroportunda-saxlanildi
Oxunma sayı: 12654

Milli komandanın Avstraliya ilə yoxlama oyunu üçün Çinə İspaniya pasportu ilə daxil olmağa çalışan argentinalı hücumçu Lionel Messi Pekin aeroportunda saxlanılıb.

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Çinin İspaniya vətəndaşları üçün viza tələb etməsi olub.

Qeyd edək ki, Avstraliya ilə Argentina arasında görüş iyunun 15-də keçiriləcək.

Xatırladaq ki, futbolçu bir neçə gün əvvəl ABŞ-nin “İnter Mayami” futbol klubu ilə müqavilə imzaladığını açıqlayıb. Müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub. O, klubda hər ilinə 50 milyon avro maaş alacaq.