Dünya futbolunun yaşayan əfsanələrindən olan Diyeqo Armando Maradona final matçından sonra maraqlı açıqlama verib.
“Qafqazinfo” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Maradona Messiyə oyundan sonra verilən qızıl topa görə FİFA-nı tənqid atəşinə tutub: “Messiyə qazanmadığı şeyi güclə qazandırmaq istəyirlər. Bu ədalətli deyil. Messi bu dünya çempionatında özünü göstərə bilmədi. Mən ona göy üzünü də hədiyyə edərəm. Ancaq bu dəfə o, qızıl topa layiq deyildi”
İqbal
Son xəbərlər
Son Xəbərlər