Messi Ronaldonun rekordunu təkrarladı - Video

messi-ronaldonun-rekordunu-tekrarladi
Oxunma sayı: 3489

PSJ-nin futbolçusu Lionel Messi “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun rekordunu  təkrarlayıb.

“Qafqazinfo” xəbər verir ki, o, buna Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “Brügge” ilə matçda (4:1) dubl edərək nail olub. Bununla da, argentinalı oyunçu ÇL-də qol vurduğu komandaların sayını 38-ə yüksəldib.

Beləliklə, Messi Ronaldonun bu göstəricidəki rekordunu təkrarlayıb.

Messinin dubl etdiyi qarşılaşmanın videoicmalını təqdim edirik: