Messidən 800-cü qol - Video

messiden-800-cu-qol
Oxunma sayı: 3559

Argentina millisinin kapitanı Lionel Messi peşəkar karyerasında 800-cü qolunu vurub.

“Qafqazinfo” xəbər verir ki, 35 yaşlı hücumçu Panamaya 2:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyununun 89-cu dəqiqəsində fərqlənib. 

Oyunda hesabı 78-ci dəqiqədə Tyaqo Almada açıb.

Messi klub karyerasında 701, yığmada isə 99 dəfə rəqib qapılarına yol tapıb.

Qeyd edək ki, Lionel Messi 2005-ci ildən Argentina millisinin formasını geyinir.