Mətbuat katibləri üçün master-klas başa çatdı - Fotolar

metbuat-katibleri-ucun-master-klas-basa-catdi
Oxunma sayı: 1467

Media Tәhlil Mәrkәzinin (MTM) Heydər Əliyev Mərkəzi, Azərbaycan Medianın İnkişafı Agentliyi (MEDİA), ADA Universitetinin dəstəyi və MAS MMC-nin texniki köməkliyi ilə dövlət, qeyri-hökumət və digər təşkilatların mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil etdiyi üç günlük master-klas başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, 3-5 may tarixlərində ADA Universitetində keçirilən beynəlxalq təlimin iştirakçıları müsahibәlәr yolu ilә fәrqli vә peşəkar müzakirәlәrә qoşulub.

Master-klasın sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Serifikatların təqdimetmə mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Media Təhlil Mərkəzinin Baş direktoru Vüqar Xəlilov və Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov iştirak ediblər.

Xatırladaq ki, Media Tәhlil Mәrkәzi yerli media nümayәndәlәrinin, xüsusilә dә mәtbuat xidmәtlәrinin rәhbәrlәrinin peşәkar bacarıqlarının tәkmillәşdirilmәsinin vә inkişafının vacibliyini, bu sahәdә effektivliyin artırılmasının zәruriliyini nәzәrә alaraq beynәlxalq tәşkilatlarla sıx әmәkdaşlıq edir.