“Metro bağlanandan sonra avtobuslarda 16 min sərnişin artıb”

“Metro bağlanandan sonra avtobuslarda 16 min sərnişin artıb”
Oxunma sayı: 912

“Metro bağlanandan sonra avtobuslarda 16 min sərnişin artımı olub”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

O bildirib ki, martın 31-də ekspress xətlərdə 11 min, aprelin 1-də 27 min sərnişin daşınıb:

“Avtobuslarla bağlı hər hansı çatışmazlıq yoxdur. Dünən 95 avtobus xəttə buraxılıb. Hər bir ekspress xətt üzrə 85 ehtiyat avtobus var. Zərurət olduğu halda onları da xəttə buraxa bilərik. Amma biz daha çox maarifləndirmə tədbirləri aparmalıyıq ki, vətəndaşlar evdə qalmağa üstünlük versinlər”.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi