Xəbər verdiyimiz kimi, bu gün səhər Bakı Metropolitenin “Neftçilər” və “Qara Qarayev” stansiyalarında yerləşən “BakıKart” ödəmə terminallarının fəaliyyətində fasilə yaranıb.
“Qafqazinfo” xəbər verir ki, BNA-nın yaydığı məlumata əsasən, buna səbəb terminalların elektirik enerjisinin verilişində müəyyən problemlərin yaranması olub.
Agentlikdən bildirilib ki, problemin “BakıKart” terminallarından qaynaqlanması barədə yayılan məlumat həqiqəti əks etdirmir.
Son xəbərlər
Son Xəbərlər