Meyiti evində tapıldı

meyiti-evinde-tapildi
Oxunma sayı: 639

Bakıda mənzildən 74 yaşlı kişinin meyiti tapılıb.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Xırdalan şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1943-cü il təvəllüdlü Əliyev Namiq Kamalpaşa oğlunun meyitini aşkar edərək aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 15:48-də başa çatıb.