“Məyusam...”

meyusam
Oxunma sayı: 679

“Prezident Zelenskinin ABŞ-nin sülh planı ilə bağlı təklifini hələ də oxumamasından bir qədər məyusam”.

“Qafqazinfo” UNIAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı danışıqların növbəti addımı barədə sualı cavablandırarkən bildirib.

Dövlət başçısı ABŞ nümayəndələrinin həm Rusiya Prezidenti Vladimir Putin, həm də Volodimir Zelenski ilə əlaqə saxladıqlarını, lakin Ukrayna liderinin hələ də təklif olunan sülh planı ilə tanış olmadığını söyləyib: “Təklif Zelenskinin komandasının xoşuna gəlib. Amma o özü bunu hələ oxumayıb. Rusiya razıdır. Rusiya, görünür, bütün ölkəyə nəzarəti ələ keçirmək istəyirdi. Lakin Rusiya bildiyim qədəri ilə (sülh planına - red.) etiraz etmir. Amma bunun Zelenskini qane edib-etmədiyinə əmin deyiləm”.