Məzahir Pənahov da o videodan danışdı- - "Biz bunu araşdıracağıq"

mezahir-penahov-da-o-videodan-danisdi-
Oxunma sayı: 6190


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sosial şəbəkələrdə və KİV-lərdə 15 saylı Yasamal I Seçki Dairəsinin 12 saylı məntəqəsində “seçki saxtakarlığı” kimi təqdim edilən videogörüntülərlə bağlı açıqlama verib. 

"Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, M.Pənahov jurnalistlərə bildirib ki, hələ həmin məsələ ilə bağlı MSK-ya müraciət daxil olmayıb: “Mən özüm həmin görüntülərə baxmışam. Orada aydın görmək olmur ki, qutuya neçə seçki bülleteni atılır. Təbii ki, biz bunu araşdıracağıq, qayda pozuntusu olub-olmaması barədə ictimaiyyətə məlumat verəcəyik. Əgər qanun pozuntusu olarsa, bunu edənlər cəzalandırılacaq”.

M.Pənahov əlavə edib ki, bu gün MSK-ya qayda pozuntusunun olması ilə bağlı müraciət daxil olmayıb: “Daxil olan müraciətlər əsasən sorğu xarakterlidir”.