“Millətimiz qərarını verib” - Ərdoğan

milletimiz-qerarini-verib
Oxunma sayı: 6493

“Millətimiz qərarını verib. Onun qərarının nə olduğunu rəsmi məlumatlar açıqlandıqda görəcəyik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya mərkəzi binasında çıxışı zamanı deyib.

“Buna don geyindirməyin heç bir mənası yoxdur. Seçimini bizdən yana edən 27 milyon insana təşəkkür edirəm. Rəqibimlə aramda 2 milyon 600 min fərq var və bu rəqəmin çox yüksələyəciyinə inanıram. Seçimin ilk turda bitib-bitmədiyini bilmirik”, - deyə Ərdoğan qeyd edib.