Milli Məclis bəyanat verdi

milli-meclis-beyanat-verdi
Oxunma sayı: 2395




“Qafqazinfo” xəbər verir ki, bəyanatda qəbul olunan qətnamədə irəli sürülən tələblər pislənilir. Sənəddə vurğulanır ki, iyunun 13-də Azərbaycanla bağlı məsələnin Avropa Parlamentinin plenar iclasında müzaikrəyə çıxarılması və qətnamə qəbul etməsi anlaşılan deyil: “Avropa Parlamentinin məsələni dəqiqləşdirmədən, tələm-tələsik belə bir qətnamə qəbul etməsi təəssüf doğurur. Bir sıra şəxslərin həbsi müddətinin uzadılması yeni halların üzə çıxması ilə bağıldır. Həbs edilmiş şəxsin qeyd-şərtsiz, təcili azad edilməsi tələbi qəbuledilməzdir”.

Bəyanatda vurğulanır ki, Azərbaycanda rəsmən prezident seçkiləri kampanyiası başlamayıb, prezidentliyə namizədlər qeydiyyatdan keçməyib: “Cinayət Məəlləsində edilən dəyişikliklər də “Diffamasyia haqqında” qanunun qəbuluna heç bir mane törətmir. İnternetlə bağlı hər hansı problem yoxdur. Azərbaycan xalqı demokratik inkişaf yolu tutub. Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəli mexanizmi var. Azərbaycanı insan hüquqlarını pozan bir dövlət kimi Avropa Parlamentində müzaikrəyə çıxarılması qeyri-obyektiv hal kimi qiymətləndirilməlidir. Bu, Avropa Birliyinin Azərbaycanla bağlı syiasətini fərqli istiqamətə yönəltməyə cəhddir. Bu, yeni qaz dəhlizi ilə bağlı qərarın qəbulu və prezident İlham Əliyevin Brüsselə səfəri ərəfəsinə təsadüf edir və bu, iqtisadi maraqlardan xəbər verir. Azərbaycan müstəqil dövlətdir və Avropa Birliyi ilə münasibətləri hüquq bərabərliyi əsasında inkişaf etdir. Heç bir qüvvə Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz”.