Milli Məclisin sədr müavini də yardıma getdi - Fotolar

milli-meclisin-sedr-muavini-de-yardima-getdi
Oxunma sayı: 13533

Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycanda başladılan yardım kampaniyasında izdiham yaşanır. “Qafqazinfo” xəbər verir ki, yardıma sadə insanlarla yanaşı tanınmış şəxslər və rəsmilər də qatılıb.

Hazırda Babək prospektindəki “Doğtaş” mebel mağazasının qarşısına gələn insanlar zərərçəkən qardaş Türkiyə vətəndaşlarının ehtiyacı olan müxtəlif əşyaları, isti geyimləri ora təqdim edirlər.

Yardım kampaniyasına qoşulanlar arasında Milli Məclisin sədr müavini Adil Əliyev də olub. O, daha əvvəl Qızıl Aypara Cəmiyyətinin vasitəsilə də yardım kampaniyasında iştirak etdiyini bildirib.