Milli Qəhrəman və Qurban Qurbanov... - Anlamlı xoreoqrafiya

milli-qehreman-ve-qurban-qurbanov
Oxunma sayı: 3702

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Qarabağ” - “Braqa” matçında Ağdam klubunun azarkeşləri anlamlı xoreoqrafiya açıblar.

“Qafqazinfo” xəbər verir ki, fanatlar Azərbaycanının Milli Qəhrəmanı Allahverdi Bağırovla Qurban Qurbanovun əl-ələ xoreoqrafiyasını hazırlayıblar.

“Ruhumuz şaddır” deyə xoreoqrafiyada qeyd olunub.

Qeyd edək ki, Allahverdi Bağırov “Qarabağ”ın futbolçusu, kapitanı baş məşqçisi olub. O, birinci Qarabağ müharibəsində şəhid olub.