Millimiz DÇ-də üçüncülük oyununa çıxacaq

millimiz-dc-de-ucunculuk-oyununa-cixacaq
Oxunma sayı: 2195

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün sonuncu oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv üçüncü yer uğrunda görüşdə Macarıstanla üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan yığması yarımfinalda Qazaxıstana 2:3 hesabı ilə uduzub.