Qadınlardan ibarət basketbol millimiz gümüş medal qazandı

qadinlardan-ibaret-basketbol-millimiz-gumus-medal-qazandi
Oxunma sayı: 386

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda gümüş medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, finalda Niderland seçməsi ilə üz-üzə gələn yığma 12:21 hesabı ilə uduzub.

Milli daha əvvəl ABŞ-yə qarşı keçirdiyi yarımfinal matçında 22:20 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edib.