Moskvada tramvaylar toqquşdu - 22 nəfər yaralandı

moskvada-tramvaylar-toqqusdu
Oxunma sayı: 359

Rusiyanın paytaxtı Moskvada iki tramvay toqquşub.

“Qafqazinfo” xəbər verir ki, qəza nəticəsində 5-i uşaq olmaqla 22 nəfər xəsarət alıb.

 Onlardan 11-nin vəziyyəti ağır olaraq qiymətlindirilir.

Toqquşmanın ilkin səbəbi kimi texniki nasazlıq nəticəsində tramvaylardan birinin relsdən çıxması göstərilib.

Toqquşma anında hər iki tramvayda ümumilikdə 70-ə yaxın sərnişin olub.