Millimiz Qızıl Avropa Liqasında mübarizəyə başlayır

millimiz-qizil-avropa-liqasinda-mubarizeye-baslayir
Oxunma sayı: 715

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında bu gün mübarizəyə start verir.

“Qafqazinfo” xəbər verir ki, komanda Macarıstan yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 18:00-da start götürəcək.

Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv ilk turun görüşlərini Bakıda keçirir. Milli iyunun 1-də Sloveniya ilə üz-üzə gələcək.