Millimiz yenə darmadağın oldu - Yenilənib

millimiz-yene-darmadagin-oldu
Oxunma sayı: 8483

Millimiz bu gün Avro-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, yığmamız F qrupunda 2-ci turda İsveçin qonağı olacaq. Solna şəhərindəki "Frends Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Qrupun digər matçında Avstriya  Estoniyanı qəbul edəcək.

Qeyd edək ki, Azərbaycan bu turnirdə ilk turda Avstriyaya 1:4 hesabı ilə uduzub.

F qrupu
22:45. İsveç - Azərbaycan 
22:45. Avstriya - Estoniya

Həmçinin oxuyun: На повестке дня вновь оказался жест президента 8-летней давности в адрес армянского спортсмена - Видео

***

Matç başladı.

***

İsveç hesabı açdı. Forsberq 38-ci dəqiqədə fərqləndi.

***

İlk hissə başa çatdı.

***

İkinci hissə başladı.

***

2:0. 65-ci dəqiqədə Bəhlul Mustafazadə avtoqol müəllifi olur.

***

Hesab 3:0 olur. Qyokeres 79-cu dəqiqədə fərqlənir.

***

Hesab 88-ci dəqiqədə 4:0 olur.  Karlsson fərqlənir.

***

89-cu dəqiqədə 5:0 olur. Elanqa bu dəfə millimizin qapısına yol tapır.

***

Matç bitdi.