Azərbaycan basketbol milli komandası ötən gün AÇ-2029-un seçmə mərhələsində İrlandiyanı 76:75 hesabı ilə məğlub edərək 14 il sonra səfər qələbəsi qazanıb.
“Qafqazinfo” xəbər verir ki, komandamız dünya və Avropa çempionatlarının seçmə mərhələsində sonuncu qələbəni 2012-ci ildə əldə etmişdi.
Həmin vaxt qitə birinciliyinin təsnifatlarında Lüksemburq səfərində qələbə qazanılıb.
14 il sonra isə İrlandiyanı məğlub etməklə komandamız uzun illər çəkən tilsimi qırıb.
Son xəbərlər
Son Xəbərlər