Millimizin qapıçısı bu göstəriciyə görə fərqləndi

millimizin-qapicisi-bu-gostericiye-gore-ferqlendi
Oxunma sayı: 1426

Azərbaycan millisinin üzvü Mehdi Cənnətov Millətlər Liqasında ən çox qurtarış edən iki qapıçıdan biridir.

“Qafqazinfo” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı qolkiper iki qarşılaşmada 12 qurtarış edib. 

Estoniyalı Karl Yakob Heyn də onunla eyni göstəriciyə malikdir.

Qeyd edək ki, Azərbaycan millisi I turda evdə İsveçrəyə (1:3), ardınca səfərdə Slovakiyaya (0:2) uduzub.