Millimizin yeni baş məşqçisi bəlli oldu

millimizin-yeni-bas-mesqcisi-belli-oldu
Oxunma sayı: 8617

AFFA Fernandu Santuşun istefasından sonra boş qalan Azərbaycan yığmasının baş məşqçi postuna Ayxan Abbasovu təyin edəcək. 

“Qafqazinfo” Sportal.az-a istinadən xəbər verir ki, onunla yeni müqavilə barədə razılığa gəlinib.

Bu həftə federasiya daha əvvəl U-21 komandasını çalışdırmış gənc məşqçi ilə yeni müqavilə imzalayacağını açıqlayacaq.

Müqavilənin təfərrüatı hələlik məlum deyil.