Milyardlarla yardım, təhlükəsizlik zəmanəti... - Ukraynaya şad xəbər

milyardlarla-yardim-tehlukesizlik-zemaneti
Oxunma sayı: 12408

NATO-nun Baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“NATO-nun müttəfiqləri müdafiə sahəsinə investisiyalarını fəal şəkildə artırırlar”, - deyə M.Rutte qeyd edib.

Onun sözlərinə görə, alyans ölkələri Ukraynaya milyardlarla yardım, eləcə də təhlükəsizlik zəmanətləri hazırlayır. Bununla belə, Rutte konkret olaraq blokun hansı üzv dövlətlərinin bunda iştirak etdiyini açıqlamayıb.