Mingəçevirdə 32 yaşlı kişi qətlə yetirildi

mingecevirde-32-yasli-kisi-qetle-yetirildi
Oxunma sayı: 2141

Sentyabrın 29-u saat 20 radələrində 1991-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Məmmədov Sönməzbəy Nəriman oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi  barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər keçirilir.