Mingəçevirdə gəzinti qayığı batdı - 11 nəfər xilas edildi

mingecevirde-gezinti-qayigi-batdi
Oxunma sayı: 2567

Ötən gün axşam saatlarında Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun məlumatına görə, bir qrup hərbçinin olduğu gəzinti qayığı batıb. Hadisə Kür çayının "İnci" kafesi yaxınlığından keçən hissəsində qeydə alınıb. İçində hərbçi sərnişinlər də olan Amur tipli, asma mühərrikli gəzinti qayığı hərəkətə başladığı zaman ona gözlənilmədən su dolmağa başlayıb. Qayıq az sonra batmağa doğru gedib.

Xəbəri rus dilində oxuyun: Владелица бакинского приюта, оказалась дочерью высокопоставленного чиновника...

Sərnişinlərin səsi ətrafa yayılandan sonra ərazidəki gəzinti və xilasetmə qayıqlarından çevik müdaxilə olunub. İlkin məlumata görə, batan qayıqdan suya atılan 11 sərnişin ətrafdakıların köməyi ilə sağ-salamat sahilə çıxarılıb.

Hadisə nəticəsində ölən və ya ağır xəsarət alan olmayıb.

Nizam Rza