Mingəçevirdə katerdə nasazlıq - Turistlər təxliyə olundu

mingecevirde-katerde-nasazliq
Oxunma sayı: 2006

Kür çayında mühərriki dayanan Kater turistlərin qorxusuna səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Kürün Mingəçevirdən keçən hissəsində baş verib.

Gəzinti üçün Katerə minən sərnişinlər mühərrik dayanan zaman həyacanlı anlar yaşayıb.

Hazırda sərnişinlərin Katerdən evakuasiya prosesi aparılır.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı