Ağsu aşırımı hazırda... - Video - Yenilənib

agsu-asirimi-hazirda
Oxunma sayı: 3728

Yağan güclü qar səbəbindən Ağsu aşırımında avtomobillərin hərəkətində çətinliklər yaranıb.

“Qafqazinfo”nun məlumatına görə, günorta saatlarından Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində avtomobillərin hərəkətində maneələr əmələ gəlib.

Bəzi nəqliyyat vasitələri yolda qalıb və avtomobillər yoldan çıxıb.

***

DİN-in regional bölməsindən verilən məlumata görə, qarlı hava şəraiti ilə əlaqədar Ağsu aşırımlarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət təşkil olunub.

Vətəndaşlara lazımi köməkliklərin göstərilməsi və yaranan çətinliklərin aradan qaldırılması istiqamətində digər dövlət qurumları ilə birgə operativ tədbirlər görülür.

Mübariz Muradov