Mirzoyan KTMT-nin Minskdəki iclasında iştirak etməyəcək

mirzoyan-ktmt-nin-minskdeki-iclasinda-istirak-etmeyecek
Oxunma sayı: 1460

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Belarusda keçiriləcək KTMT sammitində iştirak etməyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ermənistan XİN məlumat yayıb.

Bildirilib ki, bu gün Mirzoyanla belaruslu həmkarı Sergey Aleynik arasında telefon danışığı olub. Söhbət zamanı Mirzoyan noyabrın 22-də Minskdə keçiriləcək Xarici İşlər, Müdafiə Nazirlikləri və KTMT Təhlükəsizlik Şurası katibləri şuralarının birgə iclasında iştirak edə bilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, noyabrın 14-də Ermənistanın Baş naziri Nikol Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirakdan imtina etdiyini açıqlayıb.