Misir Mərdanov xəstəxanaya yerləşdirilib? - Yenilənib

misir-merdanov-xestexanaya-yerlesdirilib
Oxunma sayı: 9782

Sabiq təhsil naziri, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanovun səhhətində problem yaranıb.

“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, eks-nazir xəstəxanaya yerləşdirilib, hətta əməliyyat olunub.

M.Mərdanov hazırda xəstəxanada olduğunu təsdiqləyib: “Amma ciddi bir əməliyyat keçirməmişəm. Bu gün xəstəxanadan çıxacağam. Səhhətimdə elə bir böyük problem yoxdur. Narahatlığa əsas yoxdur. İnşallah sabah işdə olacağam”.

Qeyd edək ki, M.Mərdanov 1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə rektoru olub. 1998-ci ildən 2013-cü ilin aprelinədək təhsil naziri vəzifəsində çalışıb.

M.Mərdanov hazırda Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş Riyaziyyat və Mexanika İnstitunun direktorudur.

***

“Həyat yoldaşımı xəstəxanaya aparmışdım, analiz verdi, sonra da evə gəldik. Hər şey yaxşıdır. Yanlışlıq olub, mən xəstəxanaya düşməmişəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu Musavat.com-a Misir Mərdanov xəstəxanaya düşməsi ilə bağlı xəbərlərə şərh bildirərkən deyib:

“Məndən heç kim narahat olmasın, yaxşıyam. Evimizdə oturmuşam, dayanmadan zənglər gəlir. Qohumlar, tanışlar zəng edib soruşurlar ki, xəstəxanaya niyə düşmüşəm. Hər kəsə səslənirəm ki, yaxşıyam. Mənə heç nə olmayıb”.