Misirdə kilsə yanğını - Ölən və yaralananlar var

misirde-kilse-yangini
Oxunma sayı: 922

Misirin Giza şəhərində kilsədə yanğın baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yanğında azı 35 nəfər həlak olub, 45 nəfər isə yaralanıb.

Yerli mətbuatın yazdığına görə, içərisində uşaq bağçasının da olduğu kilsədə həyatını itirənlərin çoxunun uşaqlar olduğu təxmin edilir.

Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım briqadaları göndərilib.