Mәmişzadә qalib gәldi - Yanadan gözlәnilmәz mәğlubiyyәt

mmiszad-qalib-gldi-
Oxunma sayı: 6561

Rio Yay Olimpiya Oyunlarında boks yarışları da davam edir.

Qafqazinfo” xəbər verir ki, Azərbaycan yığmasının 3 boksçusu da bu gün rinqə çıxacaq.

Qadınların yarışında Yana Alekseyevna 60 kq çəki dərəcəsində ¼ finaldan mübarizəyə başlayacaq. O, yarımfinala çıxmaq üçün çinli Jinxua Yinlə gücünü sınayacaq. Yana yarımfinala çıxacağı halda gümüş medalı təmin edəcək. Bu qarşılaşma saat Bakı vaxtilə 18:15-də başlayacaq.

52 kq çəki dərəcəsində Elvin Məmişzadə də bu gün mübarizəyə start verəcək. O, 1/8 finalda Oljas Sattibayevlə üz-üzə gələcək. Məmişzadənin görüşü Bakı vaxtilə saat 18:30-da start götürəcək.

İlk iki mərhələdə qalib gələn 75 kq çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı da bu gün ən azı bürünc medalı özünə təmin edə bilər. O, bunun üçün qazaxıstanlı Janıbek Alimxanulini məğlub etməlidir. Kamran rinqə Bakı vaxtilə saat 20:00-da çıxacaq.

***

Yana Alekseyevna ¼ finaldan mübarizəyə davam edib və çinli rəqibinə uduzub.

***

Elvin Məmişzadə 1/8 finalda Oljas Sattibayevi məğlub edib.

***