Moldovadakı seçkiləri qeyri-demokratik adlandırdı

moldovadaki-seckileri-qeyri-demokratik-adlandirdi
Oxunma sayı: 1762

“Moldovada keçirilən prezident seçkiləri müstəqilliyinin bütün illərində ən qeyri-demokratik seçki oldu”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Noyabrın 3-də Moldovada prezident seçkilərinin ikinci turu keçirilib. Moldova Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, hazırkı dövlət başçısı Maya Sandu 55,33% səslə qalib gəlib. Bu, Moldova müstəqilliyinin bütün illərində ən qeyri-demokratik seçki kampaniyası idi desək, mübaliğə olmaz” , - Rusiya XİN rəsmisi qeyd edib.

Zaxarova bildirib ki, Moldova hakimiyyəti prezident seçkiləri zamanı çoxsaylı qanun pozuntularına və saxtakarlıqlara yol verib.