Mövlud Süleymanlı dəfn edildi - Fotolar - Yenilənib

movlud-suleymanli-defn-edildi
Oxunma sayı: 8348

Xalq yazıçısı Mövlud Süleymanlının dəfn yeri açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Oxu.Az-a mərhumun ailəsindən məlumat verilib.

Qeyd edilib ki, yazıçı vəsiyyətinə uyğun olaraq öz anasının yanında dəfn ediləcək:

“Bizə vəsiyyət etmişdi ki, Şamaxıda anasının yanında dəfn edək. Vida mərasimi evdə olacaq”.

***

Xalq yazıçısı Mövlud Süleymanlı ilə vida mərasimi keçirilir.

Mərhumun Bakıdakı evində baş tutan vida mərasimində onun ailə üzvləri və yaxınları, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Yazıçılar Birliyinin sədri Anar Rzayev, nazirliyin digər nümayəndələri iştirak edirlər.

***

Xalq yazıçısı Mövlud Süleymanlı ilə vida mərasimi başa çatıb.

***

Xalq yazıçısı Mövlud Süleymanlı Şamaxı rayonunun Kərkənc kəndində dəfn olunub.

“Report” xəbər verir ki, mərhum öz vəsiyyətinə uyğun olaraq anasının məzarı yanında torpağa tapşırılıb.

Dəfn mərasimində mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov, digər dövlət rəsmiləri, M.Süleymanlının ailə üzvləri, qələm dostları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bu gün Şamaxının Cümə məscidində Xalq yazıçısının vəfatı ilə bağlı ehsan süfrəsi açılacaq.

Xəbəri rus dilində oxuyun: В Армении за взятку задержана глава управления

Xatırladaq ki, Xalq yazıçısı Mövlud Süleymanlı beyninə qansızma (insult) diaqnozu ilə bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi. O, ötən gün vəfat edib.