Mövqelərimiz D-30 topları ilə atəşə tutulur

movqelerimiz-d-30-toplari-ile-atese-tutulur
Oxunma sayı: 6983

Müdafiə Nazirliyi Kəlbəcər istiqamətində törədilən erməni təxribatı ilə bağlı növbəti məlumat yayıb.

Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, mayın 11-i saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun şərti sərhəddin bu istiqamətdəki mövqelərini D-30 toplarından istifadə etməklə atəşə tutur.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.