“MS Oil” 3-cü yanacaqdoldurma məntəqəsinin açılışını etdi - Fotolar

ms-oil-3-cu-yanacaqdoldurma-menteqesinin-acilisini-etdi
Oxunma sayı: 4035

Bakı şəhəri, Koroğlu Rəhimov 65  ünvanında  “MSDIS Holding”ə məxsus ən yüksək standartlara cavab verən “MS Oil” yanacaqdoldurma məntəqəsinin rəsmi açılış mərasimi olub. Şirkət bununla da yanacaqdoldurma məntəqələrinin  sayını 3-ə çatdırıb.

Açılış mərasimində iştirak edən holdinqin rəhbəri Mirfəyyaz Nağıyev rəmzi lenti kəsib. O, “MSDIS Holding”in fəaliyyət sahələrinin, eyni zamanda “MS Oil” YDM şəbəkəsinin genişləndiyini vurğulayıb və ilin sonuna qədər ümumilikdə YDM sayının 9-a çatacağını bildirib.

Tədbirdə qeyd olunub ki, “MS Oil” yanacaqdoldurma məntəqələri elmin və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlarla təmin olunub və vətəndaşlara ən yüksək standartlara uyğun xidmət göstərilir. Sonra tədbir iştirakçıları yanacaqdoldurma məntəqəsində yaradılan şərait, məntəqəsinin strukturu, burada tətbiq olunmuş elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlarla tanış olublar.

Məlumat üçün bildirək ki, məntəqədə 30 nəfər əməkdaş çalışır. “MS Oil”in fəaliyyət sahələrini benzin, dizel və qaz yanacağının satışı təşkil edir. Bundan əlavə, YDM-in ərazisində avtoyuma xidməti və market də fəaliyyət göstərir.

Qeyd edək ki, yeni istifadəyə verilən “MS Oil” YDM-də həmçinin “Şanslı oil” lotereyası oynanılır. Dekabrın 15-nə qədər davam edəcək lotereyada hər 25 AZN dəyərində yanacaq dolduran müştərilər 2 “Khazar” avtomobili, 2 kvadrosikl, 12 televizor, 12 smartfon, 12 paltaryuyan maşın və 150-dən çox “MS Oil” hədiyyə kartı qazanmaq şansı əldə edəcəklər. Bundan əlavə, “MS Oil” YDM-in bonus, balans və hədiyyə kartları da mövcudur.

Xatırladaq ki, bu ilin fevralın 1-də Abşeron rayonu, Mehdiabad qəsəbəsində, aprelin 1-də isə Xırdalan qəsəbəsi, Bakı-Quba yolunun 12-ci kilometrliyində “MS Oil” yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayıb. Bu ilin sentyabr ayının 1-dən etibarən isə “ABU Petrol”lar “MSDIS Holding”in tərkibinə keçib. 

Ünvan: Koroğlu Rəhimov 65, *2114

Sayt: www.msdisholding.az

“Facebook”: msdisholdingllc

“Instagram”: msdisholding

“LinkedIn”: msdisholdingllc