Müalicə aldığı xəstəxananın pəncərəsindən yıxılıb öldü

mualice-aldigi-xestexananin-penceresinden-yixilib-oldu
Oxunma sayı: 1985

İyunun 17-də Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutun​da faciəvi hadisə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şəmkir rayon sakini 1976-cı il təvəllüdlü Qənbər Abdullayev müalicə aldığı Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun 3-cü mərtəbəsindəki pəncərədən yıxılıb.

O, aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Aslan Vəliyev