Mübariz Mənsimov Bakıya toya gəlib

mubariz-mensimov-bakiya-toya-gelib
Oxunma sayı: 8530

“Palmali” Şirkətlər Qrupunun sahibi, “Xəzər Lənkəran”ın fəхri prezidenti Mübariz Mənsimov Bakıya gəlib.

“Qafqazinfo” qaynar.info-ya istinadən məlumat verir ki, Mübariz Mənsimov Bakıya toy mərasimində iştirak etmək üçün gəlib. “Palmali”nin sahibi sentyabrın 24-də məhşur şəхslərdən birinin qızının toyunda iştirak edib.

Onun həmçinin “Palmali”nin Bakı ofisinin və “Xəzər Lənkəran”ın problemləri ilə maraqlandığı, burdakı adamları ilə görüş keçirdiyi də deyilir.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iş adamı məhz milli təhlükəsizlik naziri Eldar Mahmudovun qızı Nərgizin toyunda iştirak üçün Azərbaycana gəlib.