Mübariz Qurbanlının oğlu məhkəməyə verildi

mubariz-qurbanlinin-oglu-mehkemeye-verildi
Oxunma sayı: 5942

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının oğlu Mustafa Qurbanlı “Azər-Türk Bank” tərəfindən məhkəməyə verilib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb onun iki şirkətlə bağlı banka olan kredit borcu üzrə zamin dayanmasıdır. Bank "Sımtoday” MMC və "Ulduz Taksi” MMC-ni vaxtilə götürülmüş biznes kreditini ödəmədiyi üçün məhkəməyə verib. Mustafa Qurbanlı işə zamin kimi cavabdeh qismində cəlb olunub.

Qeyd edək ki, “Simtoday” MMC mobil rabitə bazarında fəaliyyət göstərir. "Ulduz Taksi” isə vətəndaşlara taksi və ayıq sürücü xidməti təklif edən şirkətdir.

Mustafa Qurbanlı hazırda SOCAR-da çalışır. O şirkətin vitse-prezidenti Rəfiqə Hüseynzadənin müşaviridir. Daha əvvəllər mətbuatda onun bizneslə məşğul olmasına dair xəbərlər yayılıb.